İnsanları yuxarı qaldıran eskalatorun zənciri xa0qırıldı, onlarla insan ölümlə üzləşdi. İzləyənləri dəhşətə gətirən bu görüntülər Malayziyanın paytaxtı Kuala Lumpurda lentə alınıb. Şəhərin izdihamlı ticarət mərkəzlərindən birində eskalatorda xa0nasazlığın xa0baş xa0verməsi xa0xaos xa0və xa0təşvişə xa0səbəb olub. Atv.az xəbər verir ki, görüntülərdə aralarında qadınlar və uşaqlar da olmaqla azı xa020 nəfərin eskalatorla yuxarı mərtəbəyə qalxmağa çalışdığı öz əksini tapır. Bu vaxt sıradan çıxan eskalatorun piləkkəni sürətlə arxaya doğru hərəkət etməyə başlayır. Bir-birinin üstündə qalaqlanan sakinlərdən bəziləri ciddi xəsarət alır.
xa0
Sakinlər isə baş verən qəzaya görə ticarət mərkəzinin rəhbərliyini günahlandırır. Belə ki, sözügedən mərkəzdə iki eskalator olsa da, mühəndislər onlardan sadəcə birini işlək vəziyyətə gətirib. Həmin eskalator isə insanların ağırlığına davam gətirməyərək qopub.
xa0
Şəhər polisi faktla bağlı araşdırmalara başlayıb.






























































































