Xəbər verdiyimiz kimi, “Lukoyl”x9d şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan mayın 25-də “Mercedes-Benz Gelandewagen”x9d avtomobili ilə Moskvada avtoşluq edib.
Gənc oğlan dostları ilə onu təqib edən polislə “əylənərək”x9d təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu “Periscop”x9da yerləşdirib. İnsident barədə məlumat video “Youtube”x9d kanalına qoyulandan sonra məlum olub.
“Qafqazinfo”x9dnun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mayın 26-da avtomobili idarə edən şəxs, Moskva sakini Məcidov Abduvahoba 15 günlük həbs verilib. O, polis əməkdaşına qarşı itaətsizlik göstərdiyinə görə cəzalandırılıb.
Bu gün isə A. Şamsuarovun oğluna qarşı “Xuliqanlıq”x9d maddəsi üzrə cinayət işi açılıb. Bu barədə “Life”x9d xəbər portalı məlumat dərc edib.
Nəşrin xəbərinə görə,hazırda gənc oğlan axtarışdadır.
Qeyd edək ki, “Lukoyl”x9d şirkəti azərbaycanlı iş adamı Vahid Ələkbərovundur. Şirkətin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan hadisəyə görə üzr istəyib: “Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”x9d.





































































































