Şimali Koreya sərhədçiləri Yapon dənizində rus yaxtasını saxlayıblar.
Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yaxtada 4 nəfər olub. Rusiya tərəfi yaxtanın hansı səbəbdən saxlanmasına dair məlumatının olmadığını açıqlayıb. Artıq məsələ ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi məşğul olmağa başlayıb.
Rusiyanın Pxenyandakı səfirliyi yaxtanın sərhəd mühafizəçiləri tərəfindən saxlanılması ilə bağlı Şimali Koreya hökumətindən hər hansı şərh almadıqlarını bildirib.






























































































