Dmitri Roqozinin Ermənistanda “persona non grata”x9d elan etmək hamı üçün tamamilə yolverən olardı.
Moderator.az xəbər verir ki, bu barədə erməni qəzeti “Aykakan Jamanak”x9d Rusiyanın baş nazirinin müavini Dmitri Rpoqozinin “Exo Moskvı”x9d radiostansiyasına verdiyi son müsahibəsini şərh edərkən yazıb.xa0
Dmitri Roqozin dünən “Exo Moskvı”x9d radiostansiyasına verdiyi müsahibəsində Rusiya tərəfindən Azərbaycana silah satışından və bununla əlaqədar Ermənistanın narazılığından danışarkən yol verilməz leksikadan istifadə edib.xa0
“Mənim səfərimdən sonra orada dəhşətli demaqogiya başlanıb... ad çəkmək istəmirəm, amma insanlar özlərini pis aparıblar”x9d, - Roqozin deyib.
Söhbət onun keçən ayın əvvəlində Bakıya səfərindən gedir, səfərin məqsədi iki ölkə arasında hərbi-texniki əməkdaşlıq idi. Jurnalistin müharibə getdiyi və bu narazılığın aydın olduğu barədə qeydinə isə Roqozin daha kobud cavab verib: “Müharibə təbliğat məqsədi ilə burnunun suyunu axıtmağı yox, silahlanmağı tələb edir”x9d, - “Aykakan Jamanak”x9d yazır.xa0






























































































