Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Xalçaçı günü”x9d peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü”x9d peşə bayramı kimi qeyd edilsin.































































































