“Siçan tələyə düşən kimi qalmışdım”x9d - Erməni bərbər

Hazırda oxunan: “Siçan tələyə düşən kimi qalmışdım”x9d - Erməni bərbər

141005
Məlum olduğu kimi, 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti Osmanlı dövlətindən hərbi yardım göndərilməsi üçün müraciət ünvanlayıb. Hər iki dövlət arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanın ən çətin günündə qardaş köməyinə gəlib və heç zaman dillərdən düşməyəcək qəhrəmanlıq dastanı yazıblar.

Moderator.az Qafqaz İslam Ordusunun zabitlərinin Azərbaycandakı qəhrəmanlıqlarından bəhs edən silsilə yazılar təqdim edir. Həmin silsilədən növbəti yazını ixtiyarınıza veririk. 

IV yazı 

Bakıda bərbər (dəllək) işləyən Akopyan adlı erməni 1918-ci ildə başına gələn hadisəni belə danışır:
“Türklər Bakıya gələndə ingilislər, daşnaklar gəmilərə minib qaçdılar. Mən də dükanı bağladım, iki zənbilə ərzaq yığıb gedib yeddi mərtəbəlinin damına çıxdım. Damda məndən savayı da adamlar var idi. Üç gün, dörd gecə gözümüzə yuxu getmədi. Dördüncü gün dözə bilmədim, fikrim dəlləkxanamın yanında qalmışdı. Allaha pənah deyib düşdüm küçəyə, adam az idi, türklər görünmürdü. Divar dibi ilə qorxa-qorxa özümü dükana çatdırdım. Hər şey salamat idi, dükanın qapısına belə əl vurmamışdılar. Qapını açıb içəri keçdim, elektrik çırağını yandırdım, başladım şeyləri yerbəyer etməyə. Birdən ayaq səsləri eşitdim, mənə elə gəldi ki, qapının ağzında kimsə dayandı. Dönüb arxaya baxmaq istəyirdim ki, qapıda dayanan dedi: “Berber!”x9d. Cəld çevrildim. Bir türk çavuşu ilə iki əsgər dükana girdilər. Məni soyuq tər basdı, dilim söz tutmadı, yerimdən tərpənməyə taqətim qalmadı. Çavuş dilləndi: “ “Berber, haydı, hacatlarını topla, gedəlim! Paşanı təraş yapmağa!”x9d İri əlini ülgüc sayağı üzünə çəkəndə nə demək istədiyini başa düşdüm. Balaca çamadana lazımi şeyləri qoyub, əlimə alıb dükandan çıxdım. Qapını qıfıllamaq istəyəndə çavuş qoymadı: “Hacət yok, kimsə toxunmaz, haydı gedəlim”x9d. Yola düzəldik, məni aparıb saldılar bağla üzbəüz olan mülkə. Dəhlizdən iri, bəzəkli otağa keçdim. Baş qapıdan ucaboy, qəzəbli, zəhmli türk paşası girdi, keçib bədənnəmə güzgünün qabağında, kresloda oturdu. Cəld xələtimi geyinib işə girişdim, paşanın üzünü sabunladım, ülgücü yoxladım, ürəyimdə isə bütün cəddi-əqrəbamı söyürdüm ki, niyə damdan düşüb, dükana gəldim. Paşanın üzünü qırxanda əlim əsirdi, qorxurdum ki, birdən ülgüc cızıb qanadar... Boyum da balacaydı, paşa isə hündür kişiydi, zorla, ayaq barmaqlarımın üzərində işləyirdim. Üz gözümdən tər axırdı... Nə isə. Birtəhər üzünü qırxıb odekolanladım, peysərini, gicgahlarını düzədib, daradım...

Paşa ayağa qalxdı. Mən də şeylərimi çamadana yığıb cəld çıxdım dəhlizə. Bayır qapını açmaq istədim, gördüm bağlıdır. O vaxtacan ingilis qıfılı görməmişdim. Qayıdıb məsələni paşaya deməyə də cürətim çatmırdı, qorxurdum. Siçan tələyə düşən kimi qalmışdım. Birdən paşa dəhlizə çıxdı, məni gördükdə təəccüblə soruşdu: “Şurda boşu-boşuna nə yapıyorsun?”x9d. Qapıya işarə edib dedim ki, ağa, qapını aça bilmirəm. “Ah!”x9d ”“ deyə paşa səsini istehza ilə ucaltdı: “Abtal gavur, tüfəng atıb, günahsız müslüman, islam yavrularını qıra bilirsən. Dostlarınız ingilislərin qıfılını aça bilmirsən”x9d. Yaxınlaşıb qapını açdı: “Haydi, fırla dışarıya!”x9d dedi”x9d. 

Hazırladı: Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin