Aprelin 13-ü Hüquqşünaslar Əkrəm Həsənov, Nicat Gözəlov və Tural Musayevin təşkilatçılığı ilə tərəfindən son 1 ildə aktual və ağrılı problemə çevrilmiş xa0"Bank-Vətəndaş" münasibətləri ilə bağlı hüquqşünasların üçüncü Dəyirmi Masası keçirildi.
Baş tutan növbəti tədbirdə hüquqşünaslar Şahin Rəfiyev, İlham İbadov, Ellada Bayramova, Elnarə Hüseynova, Cəmil Adışov, Nemət Ağalarov və digərləri iştirak edirdilər.
Hüquqşünaslar devalvasiyadan sonrakı problemlər, hüquqi yollar, bankların kredit münasibətlərində olduqları vətəndaşlara qarşı yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının hüquqi yolla alınması, qanunvericiliyə zidd müqavilələrin mübahisələndirilməsi və tətbiq edilməli normalar və s. suallar ətrafında müzakirə aparıblar.xa0
Qeyd edildi ki, görülən tədbirlər və Azərbaycan Respublikasının məhkəmə, hüquq-mühafizə orqanlarının rəhbərlərinin humanist müdaxiləsi bankların vətəndaşlara hüquqazidd əməllərinin qarşısını almışdır.
Hüquqşünaslar, bankların, kredit təşkilatlarının, lombardların, ləgvedicilərin davranışı, məhkəmə hakimlərinin və icra şöbələrinin kreditlə bağlı məsələlərdə vətəndaşa yanaşma tərzi və adekvat hüquqi tədbirlərin həyata keçirilməsi qaydalarını razılaşdırdılar. Banklar tərəfindən narahatlığı olan vətəndaşların qanun pozuntuları ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və hüquqşünaslara müraciət etməsi tövsiyə olundu.
Müzakirələr zamanı vətəndaşların hüquqşünaslara təqdim etdikləri kredit müqavilələrinin təhlili və ümumiləşdirilməsi aparıldı və xa0aydın oldu ki, xa02014-cü ilin avqust ayından 2015-ci ilin fevral ayınadək Azərbaycanda fəaliyyət göstərən xa0bankların bəziləri məqsədyönlü şəkildə, devalvasiyanın baş verəcəyini qabaqcadan xa0bildiklərinə görə, vətəndaşın real imkanlarını araşdırmadan, kreditlərin verilməsini ancaq dollarla həyata keçiriblər. Bundan əlavə, bir sıra banklar onminlərlə vətəndaşı, "belə daha yaxşı olacaq" adı ilə, onların manatla olan və gecikdirdikləri kreditini məqsədyönlü şəkildə ABŞ dollarına çevrilməsinə nail olublar. Nəticədə, manatın bu günkü vəziyyətə düşməsi banklar tərəfindən təmin edilmişdir. Bununla bağlı konkret faktlar mövcud olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğuna bir sıra bankların həmin dövrdəki kredit siyasətləri barəsində araşdırma aparılması üçün müraciət edilməsi qərara alındı.





































































































