“Mən İsrailin bu xəbərdarlığını normal hesab edirəm”x9d- MTN-in sabiq birinci müavini

Hazırda oxunan: “Mən İsrailin bu xəbərdarlığını normal hesab edirəm”x9d- MTN-in sabiq birinci müavini

131828
İsrailin terrorla mübarizə qərargahı vətəndaşlarına müraciət edərək xaricə səfər edən zaman onları diqqətli olmağa çağırıb. xa0

Rəsmi Tel-Əviv vətəndaşlarına Türkiyə, Pakistan və Azərbaycana isə ümumiyyətlə getməməyi məsləhət bilib və qeyd edib ki, sadalanan ölkələrdə hazırda terror təhlükəsi mövcuddur:

Moderator.az -a açıqlamasında AXC iqtidarı dönəmində milli təhlükəsizlik nazirinin sabiq birinci müavini olmuş Sülhəddin Əkbər bildirib ki, İsrail bu tip xəbərdarlıqlarla mütəmadi olaraq çıxış edir:

“İsraillə Azərbaycanın arasında münasibətlər hər zaman yaxşı olub. Hesab etmirəm ki, onlar bu bəyanatı yaymaqla Azərbaycanın nüfuzuna xələl gətirmək istəyirlər. Rəsmi Tel-Əviv hər zaman vətəndaşlarını terror təhlükəsi yüksək olan dövlətlər barədə xəbardar edib. Bildiyimiz kimi ölkəmizdə də bir müddət öncə atəşkəs pozuldu. Azərbaycan müharibə şəraitindədir. Bizdə də hazırda terror təhlükəsi kifayət qədər yüksəkdir. Mən İsrailin bu xəbərdarlığını normal hesab edirəm.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin