Eldəniz Quliyevdən jurnalistlərə çağırış

Hazırda oxunan: Eldəniz Quliyevdən jurnalistlərə çağırış

131794

Azərbaycan Ziyalılar Birliyinin sədri, şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev Moderator.az-a açıqlamasında jurnalistlərə çağırış ünvanlayıb. E.Quliyev bütün media əməkdaşlarını sabah S.Şəkərli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində iştiraka dəvət edib. Məhkəmə prosesi saat 12:30 radələrində başlayacaq.

Xatırladaq ki, bir müddət bundan öncə Saday Şəkərlinin külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu alması ittihamı ilə bağlı barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

xa0

Seymur Əliyevxa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin