İlin hadisəsi: Kamal Abdulla-Eko görüşü...

Hazırda oxunan: İlin hadisəsi: Kamal Abdulla-Eko görüşü...

114095
2015-ci ildə Azərbaycan mədəniyyətində baş vermiş hansı hadisəni yaddaqalan hesab edirsiniz?
 
Axar.az bu sualla müvafiq olaraq teatr, musiqi və ədəbiyyat adamlarına müraciət edib:
 
Xalq artisti İlham Namiq Kamalın fikrincə, Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi teatr aləmi üçün mühüm hadisə idi:
 
“Bu il teatr sahəsində ən yaddaqalan hadisə - sənətkarımız, Azərbaycan teatrının banilərində olan Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi idi. Cənab Prezidentin sərəncamı əsasında keçirilən tədbir çox yüksək səviyyədə təşkil olundu və sənətkarın nəvəsi Cahangir Novruzov da həmin tədbirdə iştirak etdi”x9d.
 
Xalq artisti Yalçın Rzazadə bu il musiqi aləmində heç bir əlamətdar hadisə baş vermədiyini dedi:
 
“Bu il mən musiqi dünyasında nəsə böyük bir hadisənin şahidi olmadım. Doğrusu, bu haqda dəqiq bir şey deyə bilmərəm. Yəni böyük töhfələr verən bir il olmadı”x9d.
 
Şair Aqşin Yenisey bu il ədəbiyyatımızda iki hadisənin diqqət çəkdiyini bildirdi:
 
“Mən iki hadisəni qeyd edərdim: Ədəbiyyat saytlarının bağlanmasını və Umberto Ekonun Kamal Abdullanı evində qəbul etməsini”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin