Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”
“Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, istehsal etdiyi neft məhsullarını o ölkələrə ixrac etsin”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün işləri vaxtında görüb və uzun illər xarici borcunu azalda-azalda gedib:
"Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik.
Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon...