Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata görə, gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 7,9 faizi İran, 4,7 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, hər birindən 3,2 faiz olmaqla Özbəkistan və Pakistan, 3,1 faizi İsrail, 2,6 faizi Hindistan, 2,5 faizi Çin, 2,3 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1,0 faizi Böyük Britaniya, 12,6 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan ş...