Çe Gevara və Fidel Kastro arasındakı tarixi dialoq: "Ernesto, mənimlə Kubada çevriliş etməyə gəlirsən?"

Hazırda oxunan: Çe Gevara və Fidel Kastro arasındakı tarixi dialoq: "Ernesto, mənimlə Kubada çevriliş etməyə gəlirsən?"

210426
Fidel Kastro ilə Ernesto Çe Gevara Meksikada tanış olublar. Hansıki həmin dönəmdə Kastro qardaşları Meksikaya sürgün edilmişdi.xa0

Moderator.az tarixə düşmüş dialoqlardan birini - Kastro və Çe Gevara arasındakı dialoqu təqdim edir: xa0

Meksikada ortaq dostlarının evində görüşən Kastro Çe Gevaraya Kubaya qayıdıb orada çevriliş etmək istədiyini deyir. Söhbətin sonu bu dialoqla bitir:xa0

Kastro: - Ernesto, mənimlə Kubada çevriliş etməyə glirsən?xa0
Çe: - Sən dəlisən! Gedib çevriliş edib, xalqı xilas edəcəyik. Yox bir..
Kastro: - Cavabını gözləyirəm.xa0
Çe: - Yaxşı, səninlə gəlirəm, amma bir şərtim var. Kubadan sonra bütün Latın Amerikasında, sonra isə dünyada çevriliş edəcəyik.xa0
Kastro: - Mən dəliyəm, sən dəlinin yekəsisən.
Bununla yanaşı aralarındakı ən məhşur dialoqlardan biri də başqa bir görüşə təsadüf edir. Kastro kürsüdən "iqtisadiyyatımızı yoluna qoymağa məcburuq" - deyə çıxış edərkən "aranızda yaxşı bir iqdisadçı var?" deyə soruşur. Salonda Çedən başqa kimsə əlini qaldırmır, təəccüblənən Fidel deyir :
- Sənin iqtisadçı olduğunu bilmirdim
Çe tarixi dialoqa belə son qoyur :
- "Aranızda yaxşı kommunist varmı?" - deyə soruşduğunu zənn etdim .
İspanca "economista" və "communista" sözləri demək olar ki eyni tələffüz edilir.

Amin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin