Rusiya-Azərbaycan sərhədində qadın öldü

Hazırda oxunan: Rusiya-Azərbaycan sərhədində qadın öldü

32534


Moderator.az xəbər verir ki, bu səhər saat 06:00 radələrində Azərbaycan-Rusiya sərhəddində daha bir ölüm hadisəsi baş verib. Qusar rayonunda yerləşən Samux keçid məntəqəsində Rusiya vətəndaşı 1954-cü il təvəllüdlü Saray Süleymanova dünyasını dəyişib. Qusar rayon prokuroru Anar Salahovun verdiyi məlumata görə, 59 yaşlı qadın İran İslam Respublikasında qayıdarkən sərhəddin Azərbaycan hissəsində dünyasını dəyişib. Qadının İrandan müalicədən gəldiyi bildirilir.
Saray Süleymanova uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və İrana dərdinə çarə axtarmağa gedibmiş Onun halı qəflətən pisləşib və dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin