Rusiyanın Krasnodar şəhərində xa0qız qaçırılması ilə əlaqədar xa0mühakimə olunan iki Ermənistan və bir Tacikistan vətəndaşının işi məhkəməyə göndərilib.
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, istintaqa əsasən, 31 yanvar 2018-ci ildə 27 yaşlı Ermənistan vətəndaşı iki yoldaşının köməyi ilə 30 yaşlı qız tanışını qaçırmağa qərar verib. Qızı küçədə izləyərək zorla xa0avtomobilə oturdublar. Lakin qadın müqavimət göstərməyə və kömək çağırmağa başlayıb. Olay şahidləri polis çağırıblar. Hüquq-mühafizə əməkdaşları xa0avtomobilin yolunu kəsərək qaçırılan xanımı azad ediblər.
Bununla yanaşı, digər 28 yaşlı Ermənistan vətəndaşı, həmçinin, 2016-cı ildə Armavir şəhərindəki uşaq xəstəxanasından gödəkcə oğurlamaqda da günahkar bilinir.
Hər üç şəxs xa0adam qaçırmaqda ittiham edilib. Və onlardan birinə isə eyni zamanda oğurluq maddəsi ilə də cinayət işi qaldırılıb.
21 dekabrda Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq idarəsinin rəsmi saytında verilən məlumata görə, xa0adam qaçırılmasına görə 3 dostdan xa0hər birini 12 ilədək həbs cəzası gözləyir.xa0 Cinayət Məcəlləsinin oğurluqla bağlı maddəsi üzrə isə xa0iki il azadlıqdan məhrumetmə və ya dörd aya qədər həbs xa0nəzərdə tutulur.
Sultan Laçın































































































