Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı”x9d adlı təbliğatla bağlı yayılan xəbərlər, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısı ciddi etirazlara səbəb olub. Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da münasibət bildirib və deyib ki, bu məsələlər, o cümlədən səs yazısı komitə xa0tərəfindən araşdırılacaq. xa0
Moderator.az mövzu ilə bağlı "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdülün münasibətini öyrənib.xa0
Hacı Əbdül deyib ki, bütün müsəlmanları Suriyada cihada cağıranlar, o cümlədən də Əlixan Musayev kimilər islam dinin düşmənləridir.xa0
"Tövbə" Cəmiyyətinin sədri dövlətin bu şəxslərlə bağlı ciddi addım atmalı olduğunu bildirib: "Təəssüf ki, hələlik biz bu cür addımları görmürük".xa0
Hacı Əbdül bu cür şəxsləri gündəmdə saxlamağın doğru olmadığını vurğulayıb.xa0




































































































