"Mənim arxamca kim nə iş çevirib, bunu hardan bilə bilərəm? Qulu Məhərrəmliyə böyük hörmətim var. Onun dedikləri həqiqət ola da bilər, olmaya da".
Bunu Moderator.az-a açıqlamasında xalq yazıçısı Mövlud Süleymanlı bildirib.
Mövlud Süleymanlı deyib ki, bu cür söhbətlərin doğru olub-olmamasını haqqında danışılan adam bilməz.
Xalq yazıçısının sözlərinə görə, bu intiriqa yaradan məsələdir.
Xatırladaq ki, professor Qulu Məhərrəmli Moderator.az-a verdiyi açıqlamada AzTV sədri Arif Alışanovun bir sıra şəxslərin, o cümlədən, Mövlud Süleymanlının əleyhinə kampaniya apardığını bildirib.
Qeyd edək ki, xalq yazıçısı Mövlud Süleymanlı uzun müddət Ðx90zərbаycаn Dövlət Tele-Rаdiо Şirkətinin Rаdiо üzrə sədr müаvini vəzifəsində çalışıb.




































































































