Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib.
Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının “iPhone” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.
O, həmçinin “TikTok” sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb.
Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb.
O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, 1 cüt 200 manat dəyərində qızıl sırğa və 1 ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2000 manat istəyib.
Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb.
Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında - görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.
Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:28 / 27.08.2026
Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU
633343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































