Ağlama şəhid anası, ağlama...

Hazırda oxunan: Ağlama şəhid anası, ağlama...

131832
Şəhidin tabutuna qara bağlanmaz”¦
Şəhid ölməz, onun sinəsini vətən bayrağı bəzəyər, yaşılı, göyü, qırmızısı ilə. .. Rənglər Əlvanlıq verər tabutuna Şəhidin, sərinlik qatar torpağa Şəhidin qanı... Ağlama anam, ağlatma Şəhid balanı... Allah səbr versin, deyimmi sənə...xa0
Kim bu dünyanı ölüm karvanı ilə tərk etməyəcək ki... Sənin oğlun, sənin balan şərəflə, qeyrətlə köçdü bu dünyadan. Səndən cismən ayrılsa da, heç də uzağa getmir O... Vətən ona sinə açır, Ana... Balanı canından artıq sevdiyi torpağı qucaqlayır, bağrına basır...xa0
Ağlama ana, ağlama, Ağlatma Şəhid balanı. Axı Balan səni də çox sevir... Torpağını hamıdan , səndən də çox sevdiyinə görə onu göz yaşlarınla nigaran qoyma...xa0
Sən Onun ölüm Karvanına bax, Ana”¦ Balanın ruhunu, tabutun üzərində vüqarla dalğalanan bayraqların üzərində görəcəksən... Bax, Bayraqların paradında gedir sənin oğlun, balan...xa0
Bir az da, qısqandım səni, Ana... Axı O həm də bizimdir, vətənindir”¦ onun üçün mən də ağlayıram, o da, yer də, göydə... Amma ONUN ölümü şərəfin, qürurun doğurduğu göz yaşları ilə qarşılanır”¦xa0
Məyər, nə şirinmiş bu vətən torpağı. Aman Allah!... torpqğının bir qarışını düşmən torpağından azad edən övladın özünü ona şəhid etdi, quzularını qurban kəsdirdi.xa0
Ağlama Şəhid Anası, ağlama... Sənin balan öz qanı ilə düşmən tapdağında qalan torpağımızın, sinəsində yanan odu söndürdü, gənc oğullarının qururunu, şərəfini ucaltdı. Bizə başımızı, vücudumuzu bir qədər dikəltməyə şans verdi. Sənin balan öz qanı ilə cücərtdi ölmüş ümidimizi, vüqarımızı, varlığımızı”¦ O BİZƏ vətən sevgisinin nə olduğunu anlatmaq üçün, onun sinəsindəki döyüntünü yaxından eşitdirmək üçün ürək Verdi”¦

Ağlama şəhid anası, ağlama...xa0
Qoy mən ağlayım, sən ağlama”¦

Tahirə Qafarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin