Partiyanın seçkilərdə iştirakı barədə məruzəçi kimi Təşkilat Şöbəsinin müdiri Azər Quluzadə çıxış etmişdir. O çıxışında AVP-nin seçkilər zamani irəli sürdüyü namizədlər, onların qeydiyyatı və seçkiqabağı fəaliyyətləri barədə məlumat verib. Qeyd olunub ki, partiya 125 seçki dairəsi üzrə ilkin olaraq 71 nəfərin namizədliyini irəli sürüb. 01 sentyabr 2015-ci il tarixdə keçirilən Mərkəzi Şuranın iclasında daha şanslı olan 23 nəfərin namizədliyi üzərində dayanılıb, 12 nəfər səlahiyyətli nümayəndə seçilmiş və müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Sonradan isə 3 nəfər AVP üzvü öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Beləliklə AVP seçkilərdə iştirakına 26 namizədlə start vermiş və 13 nəfəri 01 noyabr 2015-ci ildə keçirilən Milli Məclis seçkilərində deputatlığa namizəd kimi qeydiyyata alınıb.
Çıxışlarda qeyd olunub ki, seçkilər demokratik və şəffaf keçirilib, vətəndaşların öz iradələrini ifadə etmələri və namizədlərin hər birinə seçki kompaniyasını aparması üçün bərabər imkanlar yaradılıb.
İkinci məsələ kimi partiyanın Ümumi Şöbəsinin müdiri Həcər Məlikova AVP-nin 25 illik yubileyilə bağlı müraciəti Ali Məclis üzvlərinə təqdim edib. Müraciət müzakirə olunmuş və yekdilliklə qəbul olunub.
Üçüncü məsələ kimi təşkilatı məsələlərə baxılmışdır. 3 nəfər Ali Məclis üzvünün səlahiyyətinə xitam verilib, 8 nəfər müstəqil olaraq Ali Məclisə müstəqil üzv kimi və 2 nəfər isə Mərkəzi Şura üzvülüyünə qəbul edilib.
Yekunda AVP sədri, millət vəkili Fəzail Ağamalı son sözlə çıxış edib.






























































































