“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis komandasının ötən ay çempionatda göstərdiyi nəticələrə görə fərdi mükafata layiq görülüb.
“Tottenhem” oktyabr ayında Premyer Liqada 4 oyun keçirib. London təmsilçisi bu görüşlərin 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib.
Beləliklə, komanda mümkün 12 xaldan 10-nu toplayaraq ayı məğlubiyyətsiz başa vurub.
Qeyd edək ki, 47 yaşlı De Zerbi daha əvvəl “Brayton”, Donetsk “Şaxtyor”u və Fransanın “Marsel” komandasında çalışıb. “Brayton” onun rəhbərliyi altında tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:52 / 13.11.2026
De Zerbi ən yaxşı oldu
Hazırda oxunan: De Zerbi ən yaxşı oldu
Hazırda oxunan: De Zerbi ən yaxşı oldu
647609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































