Sumqayıtda yol çökdü - Foto

Hazırda oxunan: Sumqayıtda yol çökdü - Foto

647594

Sumqayıt şəhərində kanalizasiya xəttində baş verən qəza yolun çökməsinə səbəb olub.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Küçədən keçən 650 millimetrlik kanalizasiya xəttində yaranan qəza nəticəsində yolun müəyyən hissəsində çökmə baş verib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda ərazidə qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin