Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Sazişin icrası üzrə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Ermənistan tərəfdən xarici işlər nazirinin müavini Vaan Kostanyan, ABŞ tərəfdən isə dövlət katibinin müavini Andreoli iştirak edib.
Görüş zamanı sahəvi təşəbbüslərin və TRIPP layihəsinin icrası, eləcə də ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunub.
Ermənistan XİN-in məlumatına görə, iclasda enerji, kritik minerallar və nadir torpaq elementləri sahələrinə, həmçinin təhsil və mədəniyyət sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:16 / 13.11.2026
Ermənistan və ABŞ trıpp layihəsinin icrasını müzakirə edib
Hazırda oxunan: Ermənistan və ABŞ trıpp layihəsinin icrasını müzakirə edib
Hazırda oxunan: Ermənistan və ABŞ trıpp layihəsinin icrasını müzakirə edib
647611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































