“Rusiya və ABŞ nümayəndələrinin Moskvada keçirilən görüşündə Avropa təmsilçilərinin Ukrayna ilə bağlı danışıqlar prosesinə cəlb olunması məsələsi müzakirə edilməyib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Stiv Uitkoff və Cared Kuşnerlə Moskvada keçirilən danışıqlar zamanı bu mövzu gündəmə gətirilməyib.
Zaxarova bununla Cared Kuşnerin “X” sosial şəbəkəsində paylaşdığı açıqlamaya münasibət bildirib. Kuşner Rusiya və Ukraynanın növbəti danışıqlar raundunun Avropa tərəfdaşlarının iştirakı ilə genişləndirilməsinə razılıq verdiyini bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:39 / 13.11.2026
Zaxarova: Moskva görüşündə Avropanın Ukrayna danışıqlarına qoşulması müzakirə edilməyib
Hazırda oxunan: Zaxarova: Moskva görüşündə Avropanın Ukrayna danışıqlarına qoşulması müzakirə edilməyib
Hazırda oxunan: Zaxarova: Moskva görüşündə Avropanın Ukrayna danışıqlarına qoşulması müzakirə edilməyib
647600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































