Polşa 14 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə RMF radiostansiyası mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, diplomatik nümayəndəliyin 2027-ci ilin yanvarında açılması planlaşdırılır. Artıq bir neçə polşalı diplomat səfirliyin binasının təmir işlərini təşkil etmək üçün Suriyaya gedib.
Binanın 10 ildən artıqdır istifadəsiz qaldığı bildirilir.
RMF-in məlumatına əsasən, Polşa nümayəndələrinin Suriyaya qayıtması Brüsselin Dəməşqlə əməkdaşlığı gücləndirmək səyləri ilə bağlıdır.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi Suriyada vətəndaş müharibəsi səbəbindən 2012-ci ilin iyulunda ölkənin Dəməşqdəki səfirliyini bağlamaq və diplomatları təxliyə etmək qərarı verib.
Səfirliyin fəaliyyəti bərpa olunana qədər Polşanın Suriyadakı maraqlarını ABŞ-ın diplomatik nümayəndəliyi təmsil edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:29 / 14.11.2026
Polşa 14 ildən sonra bu ölkədə səfirliyini bərpa edəcək
Hazırda oxunan: Polşa 14 ildən sonra bu ölkədə səfirliyini bərpa edəcək
Hazırda oxunan: Polşa 14 ildən sonra bu ölkədə səfirliyini bərpa edəcək
647623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































