Bessent: “İran gec-tez özü ABŞ ilə razılaşma bağlamaq istəyəcək”

Hazırda oxunan: Bessent: “İran gec-tez özü ABŞ ilə razılaşma bağlamaq istəyəcək”

647589

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın gec-tez Vaşinqtonla razılaşma əldə etmək istəyəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Bessent bu barədə keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, iranlıları qarşıda uzun və soyuq qış gözləyir.

Bessent qeyd edib ki, İrana əvvəllər razılaşma təklif olunub və ölkə seçkilərə qədər daha əlverişli şərtlərlə razılığa gələ bilərdi.

“İndi isə Tramp ümumiyyətlə, razılaşmaya ehtiyacımız olduğunu düşünmür. Biz İrana təzyiqləri artırmağa və iqtisadi boğucu tədbirləri sərtləşdirməyə davam edəcəyik”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin