"İnsanları fəlakətə sürükləmək olmaz" - Millət vəkili

Hazırda oxunan: "İnsanları fəlakətə sürükləmək olmaz" - Millət vəkili

135441

“Banklar haqqında”x9d Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. 

Moderator.az xəbər verir ki, müzakirəlrə zamanı çıxış edən deputat Elmira Axundova deyib ki, dəyişikliklər şəffaflığa və eyni zamanda kreditlərin verilməsinin sərtləşdirilməsinə xidmət edir: 

“Bu başadüşünləndir. Çünki son zamanlar bankların kredit siyasəti onların özünə ciddi ziyan vurub. Ancaq son dövrlər sahibkarlar kreditlər ala bilmirlər. Düşünürəm ki, bu dəyişikliklər qüvvəyə minsə sahibkarlar bir qədər də çətin duruma düşə bilər. Odur ki, hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi bir qədər yumşaldılmalıdır. Əgər sahibkar kredit götürürsə və sənədində qüsur varsa ona köməklik göstərilməlidir və s”x9d.

 Millət vəkili deyib ki, bu yaxınlarda komitə sədri Ziya Səmədzadə ilə birlikdəı Banklar Asosiyasiyasının təşkil edilən görüşdə iştirak ediblər: 

“Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət edilər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriflərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır. Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar. Müqavilə dollar ekvivalenti olsa da, manatla krediti verirlər. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risqlərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Özü də, çox zaman müqavilədə faizi qeyd etmirlər. Mən sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz”x9d. 

Spiker Oqtay Əsədov qedy edib ki, kredit götürən insan faizi bilməlidir: “Artıq dollarla kredit məsələsi bağlanıb. Ancaq düz deyirsiniz ki, müqavilələr kiçik şriflərlə yazılır. Yəqin banklar kağız tapmırlar. Ziyad müəllim, xahiş edirəm Banklar Asosiyasiyasına məktub yazıb bu iradları bildirəsiniz”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin