“Haker hücumları bəzi rəsmi qurumların fəaliyyətindən daha effektlidir”x9d

Hazırda oxunan: “Haker hücumları bəzi rəsmi qurumların fəaliyyətindən daha effektlidir”x9d

117038

Məlum olduğu kimi, bu gün Azərbaycanın haker qrupu Ermənistanın 47 saytını sıradan çıxardıb. Uğurlu kiber hücumlar Ermənistanı himayə edən, Qarabağ həqiqətlərinə zidd informasiyalar yayan Rusiya saytlarına da bu yöndə hücumların təşkili ilə bağlı mülahizələrə yol açıb.

Maraqlıdır, düşmən dövlət və ya dövlətlərə qarşı kiber hücumlar təqdir edilməlidirmi? Bu hücumlar ölkəmizin maraqlarına nə dərəcədə cavab verir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu hücumların kifayət qədər effekt doğurduğuna diqqət çəkib:

“İnformasiya təhlükəsizliyi hər bir ölkənin taleyüklü məsələsidir və düşünürən ki, bu istiqamətdə xakerlərin təşəbbüskarlığı və konkret çalışmaları bəzi rəsmi qurumların fəaliyyətindən daha effektlidir. Əlbəttə, Azərbaycana qarşı aparılan informasiya müharibəsində bu kimi addımlar normal qarşılanmalıdır. Çünki hakerlərin düşmən ölkəyə qarşı addımları cəmiyyətimizdə də müsbət əhval-ruhiyyə yarada bilir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin