"Bu şeytan bataqlığı ABŞ-ın son əsaslarını dağıdır və onu anarxotiraniyaya çevirir..."

Hazırda oxunan: "Bu şeytan bataqlığı ABŞ-ın son əsaslarını dağıdır və onu anarxotiraniyaya çevirir..."

622203
"Sizə Rusiyada sığınacaq veriləcək və Siz Amerika xalqı uğrunda, planetimizin gələcəyi naminə qlobalistlərə qarşı üsyana rəhbərlik edə biləcəksiniz..."
 
Amerika həbsxanasında 15 il cəza çəkmiş "ölüm taciri" təqibə məruz qalan Trampı Rusiyaya dəvət edib
 
Rusiyalı ictimai xadim, sahibkar və RLDP-nin üzvü Viktor But ABŞ-ın 45-ci prezidenti Donald Trampa Rusiyaya dəvətlə bağlı teleqram göndərib. Butun fikrincə, Birləşmiş Ştatların sabiq liderinin həyatı təhlükədədir.
 
Moderator.az xəbər verir ki, teleqramın mətni "Komsomolskaya pravda" qəzetində dərc edilib.
 
"Əziz cənab Tramp, düşünürəm ki, Sizin həyatınız təhlükədədir, çünki Ağ evdə olarkən Siz Amerika xalqını qlobalistlərin soyqırımından xilas etməyə cəhd göstərmisiniz.
 
Siz ailənizi və hazırda dünyada sabitliyi pozan münaqişələrin qarşısını almağa cəhd etmisiniz. 
 
Hal-hazırda bu şeytan bataqlığı Amerika respublikasının son əsaslarını dağıdır və əslində onu tam anarxotiraniyaya çevirir.
Bəşəriyyətin və həyatın özünün gələcəyi hazırda sual altındadır.
 
Bayden administrasiyası Sizi məhkəmə və həbsxana-industrial kompleksindən keçirməklə kifayətlənməyəcək. Onlar Sizi məhv etməyə cəhd göstərəcək, çünki Siz onların yolunda dayanmaq cəsarətində olmusunuz.
 
Sizi Rusiyada sevinclə qarşılayacaqlar. Sizə sığınacaq verəcəklər, oradan Siz Amerika xalqı uğrunda mübarizə aparıb və qlobalistlərə qarşı, planetimizin gələcəyi naminə üsyana rəhbərlik edə biləcəksiniz". 
 
Nəşr həmçinin Butla Trampı Rusiyaya dəvət etməyə onu nə vadar etdiyi barədə söhbət edib.
 
"Trampa qarşı irəli surülən ittihamlar ona az qala 136 il həbs cəzası verilməsi ilə nəticələnə bilər. Onlar nəticə etibarilə onu məhv edəcək. Qərara aldım ki, indi Trampa yardım və dəstək təklif etmək üçün uyğun məqamdır.
 
Qoy düşünsün və əgər o, Amerika xalqı uğrunda mübarizəyə, habelə qlobalistlərə qarşı üsyana rəhbərlik etməyə hazırdırsa, o zaman Rusiya bunun üçün ən yaxşı platsdarmdır. Məhz ona görə də mən ona teleqram vurmuşam. Bu, ən ucuz olmasa da, ən səmərəli əlaqə üsuludur", - But deyib.
 
Onun fikrincə, əgər Amerikanın sabiq lideri Rusiyaya gələrsə, onun arxasınca ardıcılları gələcək, Rusiyada isə "əhali az, torpaq çoxdur", Tramp isə "tikinti ilə məşğul ola bilər".
 
55 yaşlı Viktor But rusiyalı sahibkardır, 2012-ci ildə ABŞ-da qanunsuz silah alveri və terrora dəstəyə görə məhkum olunub. Qərb KİV-ləri Butu "ölüm taciri" adlandırır.
 
2000-ci ildən onun adı sanksiyalardan yan keçməklə silah və döyüş sursatlarının tədarükü ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ABŞ Dövlət Departamentinin və hüquq-müdafiə təşkilatlarının hesabatlarında hallanıb. 
 
2005-ci ildə But "Silah baronu" filminin baş qəhrəmanının prototipi olub. Onun rolunu Nikolas Keyc oynayıb.
 
Ötən ilin sonunda Rusiya hakimiyyəti Butu Rusiyada "narkotik qaçaqmalçılığı"na görə 9 il müddətində azadlıqdan məhrum edilmiş amerikalı basketbolçu qadın Brittni Qraynerə dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin