"Baydenlə Ukraynaya yalnız iki jurnalist gedib və onlar "sirri saxlamağa and içib..."" - "Bloomberg"

Hazırda oxunan: "Baydenlə Ukraynaya yalnız iki jurnalist gedib və onlar "sirri saxlamağa and içib..."" - "Bloomberg"

603762
"Ağ evdə jurnalistlərə xəbərdarlıq edilib ki, onlar "Qolf üzrə turnirə gələn zaman Təlimatlar" mövzusunda Ukraynaya səfərin detalları barədə elektron məktub alacaq, daha sonra təlimatlara uyğun hərəkət edəcəklər..."
 
Baydenin Kiyevə səfərinin bəzi təfərrüatları...
 
Bayden ABŞ-dan Polşaya uçub, sonra qatarla Kiyevə və əks istiqamətə hərəkət edib...
 
ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin gizli saxlanılması üçün səfərin təşkili üzərində işləyən şəxlərin dairəsinə və Amerika liderini Ukraynada müşahidə edəcək nümayəndə heyətinə mümkün qədər minimal sayda adamlar daxil edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri yazıb.
 
Nəşrin məlumatına görə, Bayden hələ ötən ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı Ukraynaya səfər etmək barədə qərar verib. Bu barədə Ağ ev və Pentaqonda cəmi bir neçə nəfər məlumatlı olub.
 
Qeyd edilir ki, Bayden Rusiya Federasiyasına Ukraynaya sadiq qaldığı və müharibə gedən ölkəyə səfər etmək risklərinə getmək əzmində olduğu mesajını vermək qərarına gəlib.
 
Rusiya tərəfinə Ukraynaya gəlməzdən bir neçə saat öncə səfərin baş tutacağı barədə məlumat verilib, lakin Rusiyanın bu xəbəri necə qarşıladığı barədə təfərrüatlar qeyd edilmir. Kremldən Baydenin Ukraynada olması barədə rəsmi cavab olmayıb, nəşr vurğulayıb, bu, sadəcə, məlumatlandırma olub.
 
Agentliyin məlumatına görə, informasiyanın istənilən sızma risklərinin qarşısını almaq, habelə təhlükəsizlik mülahizələrinə görə qərara alınıb ki, Baydenlə birgə Ukraynaya cəmi bir neçə ən yaxın köməkçisi, kiçik tibbi briqada və mühafizə yollanacaq.
 
Belə ki, ABŞ prezidenti ilə təyyarədə Milli Təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan, Qərargah rəisininin müavini Cen O'Melli Dillon, Oval kabinetin əməliyyatlar üzrə direktoru Enni Tomasini və bir neçə başqa köməkçilər uçub.
 
"Bloomberg" qeyd edir ki, nümayəndə heyəti Polşaya rəsmi cədvəl üzrə gözləniləndən xeyli erkən yollanıb.
 
Agentlik vurğulayır ki, Ukraynaya məxfi səfər etmək üçün Bayden öz istirahət günlərini qeyri-adi olaraq Vaşinqtonda ləngiməklə başlayıb. Adətən o və birinci xanım Cill Bayden Delaverdə öz evlərinə dönür, "Bloomberg" izah edib.
 
Bu dəfə Bayden cütlüyü Corctaun Universitetinin kampusunda messanı, sonra Amerika tarixinin Milli muzeyində "Birinci xanımlar" sərgisini ziyarət edib. Həmin gün "Red Hen" restoranında şam yeməyi ilə başa çatıb, orada cütlük alqışlarla qarşılanıb.
 
Bayden komandası ilə birlikdə KİV-in cəmi iki nümayəndəsi uçub. Agentlik müəyyən edib ki, əvvəlcədən planlaşdırılan jurnalistlər qrupundan seçilən fotoqraf Evan Vuççi və "The Wall Street Journal"dan reportyor Sabrina Siddiki olub.
 
Cütlük cümə günü, fevralın 17-də Ağ evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfildin ofisinə çağırılıb. Ağ evdə jurnalistlərə təlimat zamanı xəbərdarlıq edilib ki, onlar "Qolf üzrə turnirə gələn zaman Təlimatlar" mövzusunda Ukrayna səfərinin detalları olan elektron məktub alacaq, daha sonra təlimatlara uyğun hərəkət edəcəklər.
 
Cütlük "sirri saxlamağa" and içib, "Bloomberg" yazıb. Buna baxmayaraq, jurnalistlər öz mobil telefonlarını Baydenin təyyarəsi ABŞ-ın Endrüs bazasından uçuş etməzdən öncə təhvil verib. Telefonlar yalnız 24 saatdan sonra ABŞ-ın Kiyevdəki səfirliyində sahiblərinə qaytarılıb.
 
Baydenin "Air Force One" markalı C-32 ("Boeing 757 modifikasiyası) təyyarəsi Vaşinqtondan (Endrüs bazası şəhərdən 24 km aralıda yerləşir) Almaniyadakı Ramştayn aviabazasına, sonra Polşanın Jeşuv şəhərinə uçub, nəşr deyib.
 
Polşada eniş edəndən sonra ABŞ prezidenti qatarla 700-dən artıq km uzunluğunda səyahətə yollanıb və yerli vaxtla saat 08:00-da Kiyevə gəlib, səfər 10 saat çəkib. Ukraynada beş saat olandan sonra Bayden geriyə yollanıb, beləliklə, prezident və onu müşahidə edən səfər iştirakçıları qatarda 20 saat keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin