Şahbuza polis rəisi təyin edilib

Hazırda oxunan: Şahbuza polis rəisi təyin edilib

602743

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Bunununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.

Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.

Ziyafət Səfərli indiyə qədər Bakının Suraxanı rayonunun Polis Şöbəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin