Lyu Elin 50 yaşı olmasına baxmayaraq 18 yaşlı qız kimi görünür. Oğlu ilə onun şəklini görənlər, onları bacı-qardaş hesab edir.xa0
Moderator.az RT nəşrinə istinadən xəbər verir ki, çinli qadının sözlərinə görə onun çox qəşəng fiqurasının sirri idmanla məşğul olması, gündəlik olaraq üzməsidir, mənfi dərəcə olsa belə.
Lyu Elin “qocalmayan yaraşıqlı kişi” adlandırdığı Vladimir Putinlə qışda birlikdə üzməyi arzulayır.xa0
Çinli xanım internetdə öz xarici görünüşünə görə məşhur olub. 50 yaşı olmasına baxmayaraq, o 18 yaşlı kimi görünür və 22 yaşlı oğlu ilə gəzməyə çıxanda hər kəs onları ya sevgili, ya bacı-qardaş zənn edirlər.

Lyu Elin Xenan əyalətinin Sinyan şəhərində tibb bacısı işləyir. İstirahət günləri isə o kameralar qarşısında dayanır. Çoxsaylı fanatları onu “ilahə”, “kraliça”, mətbuat isə onu “ən seksual ana” adlandırır.
“Hər dəfə günün yarısını adamlara izah edirik ki, biz ana-balayıq. Ona görə də şəxsi həyatımda hələ ki, hər şey qaydasında deyil” - zarafatla Lyunun oğlu jurnalistlərə şikayət edir.

Çinli qadının sözlərinə görə onun xarici görkəminin sirri fitnesdədir, həm də o idmanla məşğul olmağı və üzməyi 30 yaşında öyrənib. Artıq 20 ildir ki, Lyu Elin hər gün üzür, hətta qışda mənfi dərəcədə belə. Yəqin elə buna görədir ki, o qamətini, dartılmış yanlarını və gənc qızınkına bənzəyən ayaqlarını qoruyub saxlaya bilib.xa0

İdmana meyl saldığı vaxtdan bəri Lyu Malakka körfəzini, Xuanxe və Yantsızı çaylarını üzüb keçib. O inanır ki, qışda üzmək hər şeydən yaxşıdır. Elə buna görə də o bu yaxınlarda Baykala gedib ki, sərt Sibir soyuğunda öz məşğuliyyətini orda da yoxlasın. İndi çinli xanımın ən böyük arzusu prezident Vladimir Putinlə şaxtada üzməkdir.
“Qocalmayan, Siz də əbədi cavan, yaraşıqlı kişisiniz, deyilmi!” - deyə Lyu Elin Rusiya liderinə müraciət edib. Axırda hamı bilir ki, Putin də idmanla məşğul olur, yalnız xaç suyuna görə hovuza girməyib.



























































































