Erməni “Cəllad” ukraynalıları Qarabağa görə öldürür - VİDEO

Hazırda oxunan: Erməni “Cəllad” ukraynalıları Qarabağa görə öldürür - VİDEO

220623
Qondarma “Donetsk Xalq Respublikası”nın Ermənistandan olan “Cəllad” ləqəbli muzdlusu separatçıların tərəfində döyüşməsinin səbəbini izah edib.

Oxu.Az-ın “Donpress” nəşrinə istinadən məlumatına görə, terrorçunun sözlərinə əsasən, o, Donbasa “ukraynalılardan Qarabağda Azərbaycan tərəfində Ermənistana qarşı döyüşdüklərinə görə qisas alır”.

Bildirilir ki, “Cəllad” Donbasa 2016-cı ildə gəlib.

Bundan əlavə, erməni muzdlusu iddia edir ki, Ukraynaya çoxlu sayda ABŞ və Avropa hərbçiləri kömək edir.

Terrorçu bəyan edib ki, Donbasda qələbədən sonra o burada qalaraq, “DNR” vətəndaşlığı almaq niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin