“Prezidentin siyasətinə xələl gətirməməliyik” – Siyavuş Novruzovdan çağırış

Hazırda oxunan: “Prezidentin siyasətinə xələl gətirməməliyik” – Siyavuş Novruzovdan çağırış

243395

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir”.

xa0

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

xa0

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata bildirib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır.

xa0

“Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir.

xa0

Atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti -Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

xa0

Deputat qeyd edib ki, hazırda həssas dövrdür. “Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin