Bəhreyn İraqa NOTA VERDİ

Hazırda oxunan: Bəhreyn İraqa NOTA VERDİ

606896

Bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.
 

Nazirlikdə keçirilən görüş zamanı ikitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.


O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli şəkildə cavab verməlidir.

Bəyanatda həmçinin qeyd olunub ki, Bəhreyn sabitliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün “bütün zəruri tədbirləri görmək hüququnu” özündə saxlayır. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin