Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Hazırda oxunan: Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

606922

Bu gün günorta saatlarında Qaxın Ağçay və İlusu kəndlərinə qar yağıb.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, kənd sakinləri qarın yağmasından narahatlıq keçiriblər.

Kənd sakini Adilə Tahirovanın sözlərinə görə, aprel ayında yağan qar onları peşman edib. Səbəb isə ağacların çiçəkləməsidir.

"Bizim dağ kəndlərimizdə üç fəsildə qar görmək mümkündür. Amma apreldə yağan qar bizi məyus edir. Çünki artıq meyvə ağacları çiçəkləməyə başlayıb. Qar yağan zaman soyuq həmin meyvə ağaclarındakı çiçəkləri məhv edir. Bu səbəbdən biz yayda meyvə üzünə həsrət qalırıq".

Onu da qeyd edək ki, qar sadalanan kəndlərdə fasilələrlə yağıb.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin