Bakıda sürücüdən qeyri-adi qayda pozuntusu: İşıqforun düyməsini sıxdı - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda sürücüdən qeyri-adi qayda pozuntusu: İşıqforun düyməsini sıxdı - ANBAAN VİDEO

594596

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib.

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada işıqforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub. Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geriyədönmə manevri edib.

Bu cür davranışlar təkcə qayda pozuntusu deyil, eyni zamanda məsuliyyətsizlik, digər hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin