Fevralın 28-də axşam maraqlı astronomik hadisə - “planetlərin böyük paradı” baş verəcək.
Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.
Bildirilib ki, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.
Bu zaman planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.
Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər – dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək.
Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10–20:30 aralığında olacaq.
Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni “planetlərin böyük paradı” kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:58 / 05.02.2026
Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...
594568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































