Aparıcı Zaur Baxşəliyev müğənni Sezen Aksudan danışıb. Moderator.az xəbər verir ki, aparıcı verilişində bizim ifaçılar və xarici ifaçılar arasındakı fərqlərdən, onlara yanaşmadan söhbət açıb:
"Sezen Aksunu yəqin ki, hər kəs bəyənir. O Heydər Əliyev adına sarayda konsert verəndə masanın üstündə oturdu. Ayağını açdı ki, qurd-quş yeyir, bari siz görün. Hər kəs onu alqışladı. Zalda aləm dəydi bir-birinə... Niyə bizim ifaçıların bu addımını qəbul etmirik, deyirik ki, uşaqlarımıza pis örnək olur. Amma başqa ifaçılar elə addımlar atanda alqışlayırıq?!".
































































































