Əhməd Oruc müxalifət liderlərini ittiham etdi

Hazırda oxunan: Əhməd Oruc müxalifət liderlərini ittiham etdi

41950
Xədicə İsmayıla qarşı qaldırılan cinayət işi gündəmi bərk məşğul edib. Hamı bu məsələyə eninə-boyuna şərh verir və prosesin sonrakı axarını proqnozlaşdırırlar. Azadlıq Partiyasının sədri Əhməd Oruc da baş verənləri diqqətlə izləyənlər arasındadır.
 Moderator.az-ın Xədicə İsmayılın bu günlərdə açıqladığı, daha doğrusu deşifrə etdiyi faktların doğruluğuna inanıb-inanmadığı barədə sualına Ə. Oruc maraqlı cavab verib: 

"Artıq uzun müddətdir  ki, müxalifətin önündə olanların böyük bir qismi hakimiyyətin nəzarətindədir. İndi isə hakimiyyətin onların "xidmət"indən istifadəyə ehtiyacı yoxdur. İllər öncə hakimiyyətlə pərdəarxası əlaqəsi olan müxalifətçilərə pis baxılırdı. İndi zaman dəyişib, hakimiyyətlə əlaqəsi olanlar müxalifətdə hörmət sahibidi. Belə olmasaydı, hakimiyyətdən qovulan dəyyuslar birbaşa müxalifət liderinə "çevrilməzdi".  Mən o fikirdə deyiləm ki, siyahının ortaya çıxması adı hallananların ziyanınadır. Əksinə, bir növ xeyrinədi.

Məgər bu, onların maskasının yırtılması deyilmi? sualına cavabında Əhməd Oruc deyir ki, maskalar çoxdan yırtılıb:

 "Maskalar çoxdan atılıb, müxalifətdəki bir sıra liderlər hakimiyyətlə anlaşma uğrunda mübarizə aparır. Ötən 20 ildə müxalifətin "uğurları" , parlamentdə təmsil olunması hakimiyyətlə razılıq əsasında olub. Bu baxımdan bu gün radikal mövqedə olanlar o qədər  də cəlbedici deyil.  Müxalif cameə müxalifətçilikdən, pulsuzluqdan, uğursuzluqdan bir növ bezib, yıpranıb."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin