“Yaxın vaxtlarda Qarabağ probleminin həllində heç bir yenilik olmayacaq”.
Bunu Moderator.az -a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib.xa0
Onun sözlərinə görə, mövcud situasiya bu məsələdə nikbin olmağa əsas vermir:
“Hesab edirəm ki, tərəflər buna hazır deyil. Xüsusilə də Ermənistanda baş verən proseslər buna imkan vermir. Ermənistanda kimin bu danışıqları aparacağı da dəqiq məlum deyil. Ermənistanda parlament seçkiləri olmalıdır. Müəyyən dəyişikliklər baş verməlidir. Siyasi palitra dəyişməlidir. Ona görə də yaxın vaxtlarda Qarabağ probleminin həllində konkret hansısa irəliləyişlərin baş verməsi inandırıcı görünmür”.
Seymur Əliyev
































































































