Xəbər verdiyimiz kimi, 24 il öncə - 1994-cü ilin bu günlərində keçirilmiş məşhur Horadiz əməliyyatının qəhrəmanlarından biri, həmin uğurlu əməliyyatın həlledici zərbə qüvvələrindən olmuşxa0 keçmiş 702-ci briqadanın komandiri, polkovnik Şair Ramaldanovun “KarabakhTV”x9d-yə rus dilində verdiyi müsahibə ermənilərin hal-təbdən çıxmasınaxa0 səbəb olub.
Moderator.az aktuallığını nəzərə alaraq sözügedən müsahibənin ən maraqlı və bu günədək Azərbaycan KİV-də dərc olunmamış məqamlarının Azərbaycan türkcəsinə tərcümə edilmiş mətnini nəzərinizə çatdırır:
Əvvəli bu linkdə:xa0moderator.az/news/207217.html
“...Horadizxa0 qəsəbəsi və 22 kəndimizxa0 azad olunduqdan sonra 1994-cü ilin mayınadək iki dəfə erməni tərəfi ilə atəşkəs haqqında razılıq əldə edilmişdi. Lakin hərxa0 dəfə razılaşmanın ertəsi günü ermənilər məqamdan yararlanaraq yenə də atəşkəsi pozurdular.xa0 Bəs nəyə görə Ermənistan 1994-cü ilin mayında atəşkəs müqaviləsini imzalamağa razı oldular?xa0 Həmin ilin aprelində Ermənistan ordusu Beyləqan və İmişli də daxil olmaqla Azərbaycanın növbəti ərazilərini işğal etmək məqsədi ilə geniş əks-hücum əməliyyatı hazırlayırdı. Və bu səbəbdən Horadiz istiqamətində düşmənin kifayət qədər qüvvəsi cəmlənmişdi. Bizdə olan kəşfiyyat məlumataları belə nəticəyə gəlməyə əsas verirdi ki, həmin hücumun qarşısını almaq üçün bizim bölgədəki gücümüz yetərli deyildi. Odur ki, mən ermənilərin müəyyən mövqelərinə hava zərbələri vurulması üçün müdafiə nazirinə müraciət etməli oldum.xa0 Düşmən qüvvələri əsasənxa0 kəndxa0 Horadizdə, eləcə də Yuxarı Seyidəhmədli,xa0 Qorqan və Yuxarı Əbdürrəhmanlı kəndlərində cəmlənmişdi.xa0 Ancaq o vaxtkı müdafiə naziri cavab verdi ki, onun sərəncamında bu əməliyyatları icra edə biləcək resurslar yoxdur. Oxa0 halda mən nazirdən Ali Baş Komandana müraciət etmək üçün icazə istədim. O razılaşdı və mən cənab prezidentxa0 Heydər Əliyevə müraciət edərəkxa0 ona cəbhədəki gerçək vəziyyət və müdafiə nazirinin cavabı haqda məruzə etdim. Mən bu addıma getməli idim, çünki yaranmış situasiyanınxa0 nə ilə nəticələnəcəyini bilirdim. Ali Baş Komandan məni dinlədi. Cavab verdik ki, vəziyyəti anladım, gözləyin. Cəmi 10 dəqidəyə yaxın vaxt keçdi və müdafiə naziri zəng edərək dedi ki, mən Horadiz istiqamətinə hərbi təyyarələri yollayıram. Beləliklə, bizxa0 təyyarəçilərlə əməliyyatı hazırladıq və sadalanan məntəqələrdəki düşmən mövqelərinəxa0 hava zərbələri endirildi. Bizim təyyarəçilər əməliyyatı uğurla yerinə yetirdi. Radio-kəşfiyyat vasitəsilə erməni hərbçilərin öz komandanlığına verdiyi məlumatları öyrəndik. Məlum oldu ki, hava zərbələrinin yalnız 1-ci günündəxa0 erməni hərbi birləşmələri 500-dən çox itki veriblər. Bunadək ermənilər bir gündə belə itkilər verməmişdi. Horadiz əməliyyatı zamanı da onlar bu qədər itki verməmişdilər. Ona görə ki, həmin vaxt erməni hərbçilər panika içində qaçırdılar...xa0
Bu minvalla ermənilərin gücü xeyli sarsıldı. Doğrudur, onlar yenə də əks-hücuma keçdilər. Lakin döyüşçülərimiz qəhrəmanlıqla buxa0 hücumları dəf etdilər. Həmin döyüşlər zamanı bizim briqadanın səngərlərindən birində cəmi 6 əsgər qalmışdı. Bütün bunlara rəğmən komandir və zabitlərimizin də cəsarət və bacarığı sayəsində bu hücumun da qarşısını aldılar. Ermənilər isə yenə də böyük itkilər verdilər. Təbii ki, Ermənistan ordusunun ciddi itkilər haqda informasiya ölkənin daxilinə də sızdı.xa0 Onlar əvvəllər öz itkilərini Ermənistan sakinlərindən gizlədirdilər. Ancaq 500-dən çox itkini gozlətmək mümkün deyildi. Bizdə olan kəşfiyyat məlumatlarına görə, erməni əsgərlərinin ata-anaları Ermənistan ordusunun Füzuli istiqamətindəki mövqelərinə axın etməyə, etiraz aksiyaları keçirməyə başlamışdılar. Və görünür,xa0 bir günlük aviazərbələr nəticəsində 500 nəfərlik itki Ermənistanda döyüş ruhunu sındırmışdı. Nəticədə Ermənistan sakinlərinin, əsgər valideynlərinin də tələblərini nəzərə alan erməni komandanlığı 1994-cü ilin mayında atəşkəsxa0 barədə Bişkek protokolunu imzalamağa məcbur oldu...xa0
- Cənab polkovnik, maraqlıdır ki, 1994-cü ildə 23 məntəqənin azad olunduğu Horadiz əməliyyatına rəsmi Moskva gec reaksiya verdi. Lakin cəmi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü 2016-cı il Aprel döyüşləri zamanı Moskva dərhal əməliyyatların dayandırılması üçün əl-ayağa düşdü...xa0
- Görünür, Moskva düzgün informasiya almayıb. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun torpaqların azad edilməsi üçün genişmiqyaslı hücuma keçmək planı yox idi.xa0 Məsələ ondadır ki, həmin istiqamətlərdə Azərbaycanın işğal altındakı ərazilərindəki erməni silahlı birləşmələri ordumuzun nəzarətində olan yaşayış məntəqələrini mütəmadi atəşəxa0 tuturdu. İnsanlar arasında itkilər və yaralılar olur, evlərə, məktəblərə və s. də ziyan dəyirdi. Və bütün xəbərdarlıqlaraxa0 və danışıqlara rəğmənxa0 erməni tərəfi atəşi dayandırmırdı. Odur ki, Azərbaycan komandanlığıxa0 orduya intensiv atəş açılan həmin erməni mövqelərini yaşayış məntəqələrindənxa0 xeyli geri atmaq tapşırığı verdi. Və Azərbaycan ordusu qısa müddətdə bu tapşırığı yerinə yetirərək təmas xəttindəki sakinlərin nisbi təhlükəsizliyini təmin etdi.xa0 Moskva isə həmin vaxt, yəqin ki, Azərbaycanın genişmiqyaslı hücum əməliyyatlarına başladığını güman edib. Odur ki,xa0 belə tez reaksiya verib. Və hamıya məlumdur ki, Qarabağ məsələsinin açarı Moskvadadır. Əgər Moskva istəsə, Qarabağ məsələsi qısa müddətdə və qansız həll edilər...”x9d
Sultan Laçın
































































































