Real müxalfətdən olan yeganə namizədəm - Rəşid Mənsurov

Hazırda oxunan: Real müxalfətdən olan yeganə namizədəm - Rəşid Mənsurov

101299
ADP sədrinin təşkilati məsələlər üzrə müavini, 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən deputatlığa namizəd Rəşid Mənsurov Moderator.az - a müsahibəsində seçkiqabağı durumdan və şanslarından danışıb:

- İndiyədək hansısa ciddi seçkiqabagı pozuntu və ya müdaxilə ilə üzləşdinizmi?

- Ciddi qanun pozuntuları ilə üzləşməmişəm.

- Özünüzə ən ciddi rəqib kimi görürsünüz?

- Biz hər bir namizədə rəqib kimi yanaşırıq. Biz deyəndə mən komandamızı nəzərdə tuturam. Secki prosesinə böyük komanda ilə qoşulmuşam. Fədakar, eyni zamanda məqsədə dogru bütün potensialları ilə addımlayan könüllülər. O ki, qaldı ciddi rəqibə, namizədlər içində özümə ciddi rəqib görmürəm. Biz digər namizədlərdən daha güclüyük. Bunu deməyə bir necə səbəbim var. Birincisi, real müxalfətdən olan yeganə namizədəm. Nəzərə alsaq ki, seçicilərin böyük qismi gündəlik onlarla problemlərlə üzləşirlər və bu problemlərin həlli yollarını biz onlara gostəririk. Əlbəttə, bu bizə olan rəgbəti bir az da artırır. İkincisi, bu dairədən Milli Məclisdə hal ”“ hazırda təmsil olunan deputat Asim Mollazadənin seçicilər içərisində çox az tərəfdarının olmasıdır. Bunun da səbəbi Milli Məclisdə təmsil olunduğu dönəmdə fəaliyyətsizliyi və seçicilərin problemlərinin həlli istiqamətində onların yanında olmamasıdır. Üçüncüsü, bu dairədən yeganə namizədəm ki, qapı - qapı gəzərək bilavasitə seçicilərlə ünsiyyətdə oluram. Bu isə bilavasitə mənim seçicilər tərəfindən daha yaxşı tanınmagıma kömək edir. Eyni zamanda da onların problemlərini biz daha yaxşı bilirik.

- Digər namizədlərdən sizə hansısa formada təklif və ya təhdid olmayıb ki?

- Xeyr. Təklif deyəndə siz əgər maddi şirnikləndirməni nəzərdə tutursunuzsa, biz heç bir maddi şirnikləndirmə ilə məqsədimizdən dönən deyilik. Eyni zamanda təhdid dili ilə də bizlə danışmaq mümkün deyil. Biz uzun bir mübarizə yolu keçmişik və bu yolumuza sadiq olmuşuq. Biz rəqiblərimizlə bir - birinə qarşılıqlı hörmət xa0əsasında ünsiyyət qurmağa hazırıq və bu yöndə təklifləri də dəyərləndirə bilərik. Elə sizin imkanlardan istifadə edərək rəqiblərimə səslənərək bir təklif verirəm. Hansı mətbu orqanı olmağından asılı olmayaraq, istər iqtidar yönlü olsun, istərsədə müxalifətyönlü olsun, onlarla debata girməyə hazıram.

- Seçicilərlə görüşdə onların ən çox maraqlandığı məsələlər hansılar olur?

- Əlbəttə, seçicilər ən çox onların qarşılaşdığı problemlərin həlli ilə maraqlanırlar. Korrupsiya, rüşvət, məmur özbaşınalıgı, az gəlirlər fonunda yüksək qiymətlər, qaytarılması hər gün çətinləşən kreditlər, bu siyahını daha da artırmaq olar. Biz isə birmənalı olaraq, bu problemlərin həllinin demokratik dəyərlərin bərqərar olmasında, seçicilərin seçiminə hörmətlə yanaşılan azad, ədalətli seçkilərin keçirilməsində görürük. Bizim şuar da "Ədalətli cəmiyyət uğrunda" adlanır. Düşünürük ki, bir çox problemlərin həlli ədalətli cəmiyyət qurulmasından keçir.

- Qalib gəlmək şansınız təxminən neçə faiz civarındadır?

- Əvvəla, biz qalib gəlməyimizə birmənalı olaraq inanırıq. Demokratik dəyərlərə sadiqliyin ən birinci göstəricisi xalqın seçiminə hörmətlə yanaşmaqdır. Bu prinsiplərə riayət olunduğu halda qalib bizik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin