Ukrayna Qara dənizdə Rusiyanın neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Hazırda oxunan: Ukrayna Qara dənizdə Rusiyanın neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

599149

Martın 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (VSU) pilotsuz uçuş aparatları ilə Novorossiysk şəhərinə hücum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Krasnodar diyarının operativ qərargahı yayıb.
 

Rəsmi məlumata görə, vurulan dronların qalıqları 6 çoxmərtəbəli və 5 fərdi yaşayış evinə ziyan vurub. Nəticədə 3 nəfər — iki qadın və bir kişi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Astra nəşri şahidlərin foto və videolarının təhlilinə istinadən bildirir ki, hücumun hədəfi Novorossiysk limanında yerləşən “Şesxaris” neft terminalı ola bilər. Zərbədən sonra obyekt ərazisində yanğın baş verdiyi qeyd olunur.

Terminal Rusiyanın cənubunda ən iri neft yükləmə məntəqələrindən biri hesab olunur və regionun ixrac infrastrukturunda mühüm rol oynayır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl bu obyektin Rusiya qoşunlarının təminatında istifadə edildiyini iddia etmişdi. 2025-ci ilin noyabrında da terminal dron hücumuna məruz qalmış, həmin vaxt neft bazası və liman infrastrukturu zədələnmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin