Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu -Açıqlama...

Hazırda oxunan: Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu -Açıqlama...

262218

Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu.

Moderator.az xəbər verir ki, bu haqda saytımıza açıqlamasında xalq artisti Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə müsabiqəyə gələn həftə televiziya ekranlarında start veriləcək:

“Hazırda bayram tədbirləriylə bağlı konsertlərlə məşğuluq. Ciddi hazırlıq işləri gedir. Martın 12-də artıq Yeddinci Televiziya Muğam Müsabiqəsinə start veriləcək. Ümid edirik ki, bu dəfə də bölgə və paytaxtdan seçdiyimiz gənclərimiz öz çıxışlarıyla münsiflərdən layiqli qiymətlərini alacaqlar”.

Qeyd edək ki, iştirak etmək üçün münsiflər heyəti bölgələrdən bir çox istedadlı gənclərimizi seçərək müsabiqəyə dəvət ediblər. Müsabiqədə Təbriz şəhərindən də namizədlər var.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin