Aprel döyüşlərindən bəhs edən rəsm ikinci yeri tutdu- İSPANİYADA

Hazırda oxunan: Aprel döyüşlərindən bəhs edən rəsm ikinci yeri tutdu- İSPANİYADA

165372

İspaniyanın Madrid şəhərində keçirilən xa06-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb. Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir xa0çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.xa0

Soltan
Bu haqda Moderator.az-a rəssamın özü xa0məlumat verib: “Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş”x9d əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım (60x90 sm). Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür.”x9d
Bildirək ki, adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tawan Chuntraskawvon qazanıblar.xa0
Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək. xa0

Elmin Nuri


Soltan









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin