O taylı-bu taylı Azərbaycanın sevilən müğənnisi Yaqub Zurufçu nailiyyətərini dünən anım günü olan mərhum sənətkar Gülağa Məmmədova borclu olduğunu bildirib.xa0
Y. Zurufçunun sözlərinə görə, Gülağa Məmmədov olmasa idi, o Azərbaycanın bu tayında ümumiyyətlə yox idi.
Moderator.az Zurufçunun mərhum sənətkarın şəninə dediyi sözləri təqdim edir:xa0
“Bu gün mənim dostum Gülağa Məmmədovun anım günüdür. Mən Azərbaycana gəlməyimi, xalqımla möhtəşəm görüşümü və nailiyyətlərimi Gülağa Məmmədova borcluyam. Allah ona rəhmət eləsin! xa0Gülağa müəllimin adına bağlı olan "Ana Kür" əsərini elə konsertimdə də ona ithaf etmişdim”x9d.xa0
Elmin Nuri






























































































