Su ilə müalicənin möcüzəvi faydaları -Siz də sınayın

Hazırda oxunan: Su ilə müalicənin möcüzəvi faydaları -Siz də sınayın

214225
Hidroterapiya-su ilə müalicə- bu gün dünyada ən geniş yayılan müalicə metodlarından biridir. Ənənəvi tibblə yanaşı qeyri-ənənəvi tibbi müalicələr də bu gün insanların maraq dairəsindədir.xa0

Tibb elminin atası sayılan Hippokrat, eləcə də onun istedadlı ardıcılları Qalen, İbn-Sina və bir çox başqaları öz müalicə metodlarında suya mühüm yer ayırıblar. Lakin su ilə müalicəni sistem şəkilinə salan və məşhurlaşdıran-almaniyalı keşiş Sebostian Kneypp olub.xa0 1821-ci ildə Bavariyada anadan olmuş Sebostian çox erkən, səhhəti ilə bağlı, bir sıra çətin problemlərlə üz-üzə gəlir və onu əldən salan azar-bezardan yaxa qurtarmaq üçün yollar axtarır. Su ilə müalicə metodu haqqında oxuduğu bir kiçik braşura onun işgənclərinə bir dəfəlik son qoyur. Suyun şəfaverici qüdrətinə möhkəm inanan gənc Kneypp onun köməyi ilə özünü sağaltmış, köhnə sistemi təkmilləşdirib, öz metodunu yaratmışdır. S.Kneyppin müalicə metodunu dərindən öyrənən iti ağıllı A.Zalmanov ona bir çox əlavələr edir.xa0

Moderator.az yazıçı, publisist, qida rejimləri və gigiyena, sağlam həyat tərzixa0 üzrə mütəxəssis Ərşad Əzimzadəyə istinadən, suyun müalicəvi faydaları haqqında vacib bilgiləri təqdim edir:

“Təklif etdiyi hidroterapiya (su ilə müalicə) orqanizmə oyadıcı (vozbujdayuşşiy) və sakitləşdirici, bədəni isidən və soyudan təsir göstərir.Yerli(əl, ayaq, əl-ayaq) vannalar isə fikiryayındırıcı (otvelekayuşşi) təsirə malikdir.Bütün vannalar qan dövranını yaxşılaşdırmağa,qanı təmizləməyə və daxili “masaja” xidmət edir. Qabaqlar vannaları şirin suda (presnaya vada) edərdilər. Zalmanov isə suya dəniz buzu, skipidar və bəzi bitkiləri qatmağı tövsiyyə edir. 60-dən 420-yə qədər istiliyi olan su vannaları soyuq, ilıq, isti, çox isti və qaynar vannalara bölünür. Bunların hərəsi bir məqsədə qulluq edir. Çox soyuq vannalar sağlam adamı gümrahlaşdırdığı halda, xəstələrə pis təsir göstərə bilər. Orqanizmi çox zəyif olan,xroniki xəstəliklərdən əzab çəkən adamlar çox soyuq vannalardan istifadə edə bilməzlər. Belələri yüksələn istiliklə ilıq və kontrast vannalar qəbul edə bilər. Belə vannalar sakitləşdirici, ağrıkəsici,spazma götürən təsirə malikdir. Orqanizmin ehtiyat qüvvələrini işə salan və maddələr mübadilə- sini yaxşılaşdıran bu cür vannalar orqanizmi soyuq vannalara hazırlaşdırır.Bir məsələyə xüsusi fikir vermək lazımdır:xəstə nə qədər zəyifdirsə,su bir o qədər isti olmalıdır. Soyuq su çox halsız xəstənin bədən hərarətini qaldıra bilər.Bu,orqanizmin soyuğa qarşı müdafiə olunmaq reaksiyasıdır. Isti vannaların başlanğıc hərarəti 370 olmalıdır. Lakin bəzi xəstələr bu istilikdən titrəyir,dərisi “qaz dərisi” halına düşür. Belələri 360 və ya 350-dən başlasalar yaxşıdır. İstiliyi tədricən qaldırmağı unutmayın.Vannanı yeməkdən dərhal sonra və yeməkdən dərhal qabaq qəbul etmək olmaz, yeməklə vanna arasında, ən azı, bir saat fasilə olmalıdır”.

Hazırladı: Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin