Bu cihaz 1,5 milyard insanın probleminə son qoyacaq- İXTİRA

Hazırda oxunan: Bu cihaz 1,5 milyard insanın probleminə son qoyacaq- İXTİRA

175636



ABŞ-ın MİT və Koliforniya Universitetinin alimləri yalnız Günəş işığından yararlanmaqla atmosferdəki nəmi şirin suya döndərə biləcək cihaz ixtira ediblər.

Moderator.az xəbər verir ki, hazırlanan cihaz dünya elmi ictimaiyyətində rezonans yaradıb. ABŞ alimlərinin kəşfi olan xüsusi qurğu rütubətliliyi 20 faiz və ondan yuxarı olan yerlərdə çalışacaq. Dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Science”x9d jurnalı qurğunu son illərin ən böyük elmi və bəşəri faydası olacaq kəşfi adlandırıb. Məqalədə həmçinin, başda Afrika ölkələri olmaqla 1,5 milyarddan çox insanın böyük susuzluq probleminin bu cihaz vasitəsilə həll olunacağı qeyd olunub.
Qurğu sınaq müddətində hələlik 8 saata 2,8 litr şirin su hazırlaya bilir. Lakin qurğunun müəllifləri olan Omar Taqi və Evelin Vanq yaxın gələcəkdə qurğuda bəzi funksiyaları inkişaf etdirməklə tez və daha çox miqdarda şirin su hazırlayacağını bildiriblər.

Hazırladı: Elmin xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin