“Struktur islahatlarının nəticələri büdcədə nəzərə alınacaq”x9d

Hazırda oxunan: “Struktur islahatlarının nəticələri büdcədə nəzərə alınacaq”x9d

117134
Qanunvericilikdən məlumdur ki, hansı hallarda büdcəyə yenidən baxıla bilər. Son vaxtlar Azərbaycan iqtisadiyyatında baş verən bir sıra hadisələr 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılası və zəruri dəyişikliklərin və dürüstləşmələrin edilməsini zəruri edib.xa0

Bunu Moderator.az - a açıqlamasında millət vəkili Əli Məsimli deyib.
xa0
Onun sözlərinə görə, onların arasında dünya bazarında neftin qiymətinin aşağı düşməkdə davam etməsi və devalvasiyadan doğan məsələlər əsas yer tutur:xa0

“Neftin qiymətinin aşağı düşməsi və devalvasiyanın təsiri ilə bir sıra proqnoz göstəricilərinə yenidən baxmaq lazımdı. Məsələn, hökumət proqnozlarına görə 2016 - cı ildə ÜDM - in 1,8 faiz artacağı, neftin bir barrellinin 50 dollar, inflyasiyanın 3,3 faiz, manat dollar nisbətində manatın nominal mübadil kursunun 1,05 manat olacağı proqnozlaşdırılmışdı. 2016 - cı ildə neftin bir barrellinin 50 dollar olacağı proqnozlaşdırısa da, bu ilin yanvarına neftin qiyməti artıq 30 dolların altına düşüb ki, bu da proqnoz göstəricisindən 1,8 dəfə aşağı göstəricidir. 2016 - cı ilin dövlət büdcəsində dolların manatla müqayisədə 1,05 həddə müəyyənləşməsi 21 dekabrdakı ikinci devalvasiyadan sonra əhəmiyyətini itirdi.”x9d

Millət vəkili deyib ki, bu ilin yanvarın ortalarına 1 dollar artıq 1,6 manatdır: “Yeri gəlmişkən, manatın məzənnəsinin 1,05 manatdan 1,55 manata adladığı 21 dekabr devalvasiyası ərəfəsi neftin qiymətinin 40 dolların altında olduğunu və manatın dünya bazarında neftin qiymətinə həssaslığının artdığı hazırkı şəraitdə neftin qiymətinin 30 dolların altına düşdüyü bir vaxtda manatın dollara nisbətdə məzənnəsinin hələ yalnız 1,6 manat olması optimist göstəricidir. Orta əmək haqqənın 1,7 faiz artırılması nəzərdə tutulmışdu, amma devalvasiyadan sonra büdcə təşkilatlarında çalışanların maaşları 10 faiz artırılır. Bunun üçün büdcədə vəsait tapmaq lazımdır. Bütün bunlar 2016 - cı ilin büdcəsinə yenidən baxılıb bir sıra dürüstləşmələr aparılmasını zəruri edir. Büdcəyə yenidən baxılarkən sosial sahəyə ayırmalar nənki azaldlacaq, əksinə, həttə artırılacaq. Çünki əmək haqqı və diğər ödənişlərin artırılması üçün əlavə vəsait lazım...Bir sıra layihələr üzrə xərclər azaldıla və ya ertələnə bilər. Struktur islahatlarının nəticələri də büdcədə nəzərə alınacaq.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin